Tofiq Yaqublu həbs edildi

Tofiq Yaqublu həbs edildi
23 2020 16:46

Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

 məhkəmə T.Yaqublunun barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq bildirmişdi ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub:

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri səbəbindən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

25 Sent 2020
Cəmiyyət

Professora TƏBİB-də vəzifə verildi - FOTO

Akif İrzaxan oğlu Qurbanov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. 

25 Sent 2020
Cəmiyyət

Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində yerləşən müəssisələrdə olub.

25 Sent 2020
Cəmiyyət

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub.

25 Sent 2020
Cəmiyyət

Məcburi köçkünlər üçün təlimlər keçirildi - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quzanlı qəsəbəsində təşkil edilmiş ilk yardım təlimləri başa çatıb.

25 Sent 2020
Cəmiyyət

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir.