Tibb Universitetində valideynlər imtahanların gedişini izləyiblər

Tibb Universitetində valideynlər imtahanların gedişini izləyiblər
06 2017 17:29

Azərbaycan Tibb Universitetində (ATU) semestr imtahanlarının təşkilində və gedişində şəffaflıq təmin edilib. Belə ki, son illərdə ilk dəfə valideynlər imtahan prosesini əvvəldən axıra qədər müşahidə edə biliblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 6-dan etibarən imtahanı izləmək istəyən hər bir valideynə prosesdə iştirak etmək imkanı yaradılıb. İmtahanlar ATU-nun Virtual Test Mərkəzində keçirilib. Sınaqdan öncə Virtual Test Mərkəzinin direktoru Şahin Bayramov və ATU-nun imtahana nəzarət qrupunun rəhbəri Kamandar Yaqubov tələbələrə prosesin gedişi, qaydalar və şərtlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, obyektivliyin qorunması məqsədilə Azərbaycan Tibb Universitetində imtahanlar insan amili olmadan kompyuterlərdə test üsulu ilə aparılır. İmtahan zamanı hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq sualları cavablandırır və sonda imtahanın nəticəsini görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə kameraları ilə nəzarət olunur.

İmtahanların gedişini izləyən valideynlər prosesdən razı qaldıqlarını bildiriblər.

ATU-da imtahan sessiyası fevralın 1-dək davam edəcək.


4 Okt 2023
Cəmiyyət

Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayev ilə görüşüb.

4 Okt 2023
Cəmiyyət

Xoşbəxt Yusifzadə dəfn edilib - YENİLƏNİB-2

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə dəfn edilib.

4 Okt 2023
Cəmiyyət

Mikayıl Cabbarov Türkmənistan naziri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

4 Okt 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlandı

Ölkə ərazisində oktyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.