Martın 9-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Dünya Böyrək Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin baş hefroloqu, professor Mehman Ağayev dünya əhalisinin təxminən 10 faizinin xroniki böyrək xəstəliklərindən əziyyət çəkdiyini bildirib. Qeyd olunub ki, hər il milyonlarla insan bu xəstəliklərin fəsadlarından dünyasını dəyişir. Bu günün əhəmiyyətini vurğulayan professor qeyd edib ki, Dünya Böyrək Gününün keçirilməsində əsas məqsəd diqqəti müxtəlif böyrək xəstəliklərinin profilaktikası və vaxtında düzgün müalicəsinə daha da artırmaqdır. Bundan əlavə bu gün xroniki böyrək çatışmazlığına səbəb ola bilən şəkərli diabet, arterial hipertenziya kimi bir sıra xəstəliklərin müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əməkdaşlığı daha da inkişaf etdirmək, əhali arasında maariflənmə və təbliğatı gücləndirməyə kömək edir.
Konfransda son illərdə bu sahədə aparılmış işlərlə bağlı hesabat təqdim edilib, “Böyrək Əvəzedici Terapiyasının 2017-ci il registrı” müzakirə olunub, elmi məruzələr dinlənilib.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.