Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu – YENİLƏNİB

Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu – YENİLƏNİB
09 2017 12:16

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, “ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı, “ZİL”-in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.

Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb. 

11:24

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusun sürücüsü saxlanılıb.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən Report-a bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. 

“Onun qarşısına piyada çıxmayıb”, - deyə idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin onun sərxoş olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.


18 Okt 2024
Kriminal

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,17 % azalaraq 75,13 ABŞ dolları olub.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.