San-Dieqoda elmi-tədqiqat laboratoriyasının alimləri bildiriblər ki, su və onun keyfiyyəti insanın intellektinə təsir edir. Yalnız təmiz su təfəkkür prosesini fəallaşdıra bilər.
AZƏRTAC “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, amerikalı alimlər kişi cinsindən onlarla könüllünün iştirak etdiyi irimiqyaslı tədqiqat aparıblar. Onlar uzun müddət hər gün səhər yeməyindən sonra yarım stəkan su içiblər. Bu qrupun və səhər yeməyindən sonra su içməyən könüllülərin əqli qabiliyyətinin nəticələri fərqli olub.
Tədqiqat müəlliflərinin fikrincə, su insan beyninin müəyyən reseptorlarına təsir etməklə orqanizmin enerji ehtiyatını yüksəldə bilir. Alimlər, həmçinin qeyd edirlər ki, effektiv nəticə üçün bir neçə qurtum təmiz suyu müəyyən edilmiş vaxtda, məsələn, səhər yeməyindən sonra içmək kifayətdir.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.