Sürücülərə bəd xəbər - Axşam diqqətli olun!

Sürücülərə bəd xəbər - Axşam diqqətli olun!
08 Dek 2016 16:06

Bunu XəzərXəbər-ə açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur: 

“Texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir. Hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlar və ən əsası avtonəqliyyat vasitəsinin yay şinləri ilə idarə edilməsidir. Nəticədə, avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə ədarə olunan avtomobillərin hərəkətində hər-hansı problem yoxdur.”
Anar Nəcəfli qeyd edib ki, yollar buzlaşdıqda, qarla örtüldükdə qurumun tabeliyində olan texnikalar yollara duz-qum səpəcək: “Bundan əlavə yolların qardan təmizləməsinə başlayacaqlar. Aidiyyatı qurumlar qışa hazır olduğu kimi sürücülərimiz də hazır olsa yollarda vəziyyət normal olar.”

4 Okt 2023
Cəmiyyət

Anar Nəcəfli: "Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb"

Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb.

4 Okt 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

4 Okt 2023
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

4 Okt 2023
Cəmiyyət

Mikayıl Cabbarov Türkmənistana səfər edəcək - FOTO

Bu gün Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edəcək.