Süni intellekt mexanizmlərdən çıxan səsləri “dinləyərək” nasazlığı aşkar edəcək

Süni intellekt mexanizmlərdən çıxan səsləri “dinləyərək” nasazlığı aşkar edəcək
10 2017 10:45

Dəfələrlə avtomobil sürücüsünün öz avtomobilinin səsinə qulaq asaraq “deyəsən, mühərrikdə problem var” deməsinin şahidi olmuşuq. İsrailin “3DSignals” şirkətinin süni intellekti artıq  bu məsələlərlə məşğul olacaq. Onlar tərəfindən yaradılmış dərin kompüter təlimi prinsiplərindən istifadə edən süni intellekt sistemi mexanizmlərdən çıxan səsləri dinləyərək onlarda nasazlıq əlamətləri axtarır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “3DSignals” şirkətinin mütəxəssisləri tərəfindən lazımi avadanlığa (avtomobilin mühərriki və ya quraşdırma konveyeri) quraşdırılan ultrasəs mikrofonları 0-100 KHs diapazonunda akustik titrəyişləri qeydə almaq qabiliyyətinə malikdir. Bu mikrofonlar tərəfindən toplanılmış məlumatlar “bulud” xidmətinə ötürülür və qlobal neyron şəbəkəsi onların işlənməsi ilə məşğul olur. Sistem titrəyişlərin normal göstəricilərdən fərqliliyi zamanı nasazlıq tipini aşkar edərək nəqliyyat vasitəsinin sahibinə bu barədə məlumat verir.

İndi “3DSignals”  artıq ağır sənaye sektorunun bir neçə şirkəti ilə əməkdaşlıq edir və gələcəkdə sürücüsüz hərəkət edən taksi şəbəkələri işə salmağı planlaşdıran firmalarla danışıqlar aparır.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.