Sumqayıtda həkim baş həkimi bıçaqladı

Sumqayıtda həkim baş həkimi bıçaqladı
06 2019 09:35


Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb. 

Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxlu qan itirib. Onun Sumqayıtda “Şəfqət” klinikasında əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.

P.İbrahimov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


14 Noy 2019
Kriminal

İstanbulda yemək növbəsi gözləyən kişinin güllələnməsi kameraya düşdü - VİDEO

Türkiyənin İstanbul şəhərinin Fateh ərazisində vətəndaşa odlu silahdan atəş açılıb.

7 Noy 2019
Kriminal

Salyan sakini Bakıda “Vinçester”lə adam güllələdi, silahı Kürə atdı - TƏFƏRRÜAT

Salyan sakini Bakıda “Vinçester”lə adam güllələdi, silahı Kürə atdı - TƏFƏRRÜAT

7 Noy 2019
Kriminal

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi