Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən "ADA" Universitetinin tələbələri üçün stresslə mübarizəyə həsr olunmuş seminar keçirilib.
RMDM-in mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, tədbirdə "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə seminarın keçirilməsinin əhəmiyyətindən danışıb, sağlamlığın qorunması istiqamətində aparılan maarifləndirici tədbirlərin vacibliyini vurğulayıb.
RMDM-in həkim-psixiatrı Murad Sultanov seminarda çıxış edərək stressi yaradan səbəblər, onun əlamətləri, stressin mənfi və pozitiv yönləri, fərdi stress idarə olunması texnikaları, stress və endokrin sistem, ümumi adaptasiya sindromu barədə məlumat verib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanıblar.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 766 vaksin vurulub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə dördüncü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksinlərin vurulması prosesinə start veriləcək.