Strateji Yol Xəritəsi: Milli Turizm Təbliğat Bürosu yaradılacaq

Strateji Yol Xəritəsi: Milli Turizm Təbliğat Bürosu yaradılacaq
19 Dek 2016 11:36

Həm işgüzar məqsədlərlə, həm də istirahət məqsədilə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün Milli Turizm Təbliğat Bürosu yaradılacaq. Milli Turizm Təbliğat Bürosu Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Azərbaycan Respublikasının Turizm Şurası ilə, müvafiq dövlət qurumları və digər təşkilatlarla birgə işləyəcək, mühüm hədəf bazarlarda təşviqat tədbirlərini həyata keçirəcək, eyni zamanda sahibkarlara həm aşağı büdcəli yerləşdirmə vasitələri üzrə seçimlərin çeşidinin genişləndirilməsinə, həm də şəhərin mərkəzində turizm obyektlərinin yaradılmasına dəstək verəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

Strateji Yol Xəritəsində bildirilib ki, bu cür əlaqələndirilmiş və məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. 2017–2020-ci illər üzrə Büronun bu strategiyada nəzərdə tutulmuş istiqamətləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq. Büronun büdcəsinin müəyyən bir qismi ilk dövrlərdə dövlət büdcəsi hesabına, digər hissəsi isə dövlət-özəl tərəfdaşlığı qurulduqdan sonra nizamnaməsində müəyyən edilmiş müxtəlif maliyyələşmə mənbələri hesabına təmin olunacaq.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.