Bu gün Somalinin paytaxtı Moqadişo şəhərinin yaxınlığındakı hərbi hazırlıq düşərgəsinin qarşısında törədilən partlayış nəticəsində 5 əsgər həlak olub.
AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin ordu nümayəndəsinə istinadla yaydığı məlumata görə, partlayıcı qurğunu hərbi forma geyinmiş terrorçu-kamikadze işə salıb. Yaraqlı buraxılış-nəzarət məntəqəsindən keçərək özünü hərbçilərin yanında partladıb. Partlayışın məsuliyyətini Somali hökumətinə qarşı silahlı mübarizə aparan “Aş-Şabab” terror qruplaşması üzərinə götürüb.
Bazar günü Somalinin paytaxtındakı hərbi bazanın yaxınlığında daha bir partlayış törədilmişdi. Son məlumata görə, bu hücum nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
“Burada hava limanı tikmək yol çəkməkdən daha asandır. Bu bölgə hava körpüsü vasitəsilə dünyaya açılacaq. Füzuli beynəlxalq hava limanı karqo daşınması nəticəsində bölgənin inkişafına daha çox töhfə verəcək”.
Çin və Rusiya arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir və digər ölkələrin hərbi ittifaqları ilə oxşarlığı yoxdur.
Finlandiya hökumıəti koronavirus pandemiyası ilə əlaqədar ölkədə yenidən fövqəladə vəziyyət elan edib.