Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında Azərbaycan Silahlı Qüvvələrinin sıralarından yeni tərxis olunmuş bir qrup gənclə görüş keçirilib.
Rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov görüşdə bildirib ki, torpaqlarımızın işğala məruz qaldığı bir vaxtda hərbi xidmət keçmək hər bir Azərbaycan övladı üçün şərəfdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi, polkovnik Mehman Qurbanov deyib ki, Vətənə xidmət etmək həm müqəddəs, həm də çox məsuliyyətli vəzifədir. Əsgər və zabitlərimizin aprel döyüşlərindəki qələbəsi bütün dünyaya göstərdi ki, Milli Ordumuz öz rəşadəti ilə torpaqlarımızı azad etməyə qadirdir. Hər kəs mobil və yüksək döyüş hazırlığına malik Azərbaycan Silahlı Qüvvələrinin həqiqətən regionun ən güclü ordusu olduğunu gördü. Gənclərimiz belə bir orduda xidmət edib hərbi sirlərə dərindən yiyələnməklə Azərbaycan əsgərinin adını şərəflə doğruldub.
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov qeyd edib ki, hər bir ölkənin milli varlığı onun yenilməz ordusundan asılıdır. Vətənimiz Azərbaycanın, xüsusilə də işğal altındakı Qarabağımızın taleyi gənclərin xidmət etdiyi ordudan asılıdır. O ordudan ki, aprel döyüşlərində bizə qələbə müjdəsi verdi, böyük inam və ümid bəxş etdi. Bütün dünyaya bəyan etdi ki, Milli Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır.
Görüşdə çıxış edən rayon ağsaqqalları, müharibə veteranları və valideynlər gəncləri bu şərəfli missiyanı uğurla başa vurduqlarına görə təbrik edib, tövsiyələrini veriblər.
Sonra hərbi vəzifəlilərə xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.
Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.
7 yaşlı Rüqəyya kəskin limfoblast leykemiyadan (qan xərçəngi) əziyyət çəkir.