Serxio Buskets “Barselona”da ən çox oyun keçirən futbolçular sırasına daxil olub

Serxio Buskets “Barselona”da ən çox oyun keçirən futbolçular sırasına daxil olub
07 2017 11:53

Serxio Buskets “Barselona” tarixində ən çox oyun keçirən futbolçular sırasına daxil olub.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin aktivində 406 oyun var. O, bu nəticə ilə ilk onluğu qapayır. Komandanın heyətində ilk dəfə 2008-ci ildə debüt edən S.Buskets İspaniya çempionatında 261, Çempionlar Liqasında 81 dəfə forma geyinib. İspaniyalı Kataloniya təmsilçisi ilə birgə klub səviyyəsində 24 kuboku başı üzərinə qaldırıb.

Klub tarixində ən çox forma geyinmiş futbolçu isə Xavi Hernandezdir. “El maestro”nun hesabında 767 oyun var. İkinci yerdə 607 oyunla Andres İnyesta, üçüncü pillədə isə 593 matçla Karles Puyol qərarlaşıb. “Katalon”ların heyətində 552 dəfə meydana çıxan argentinalı ulduz Lionel Messi isə siyahıda dördüncüdür.


4 Okt 2023
İdman

Kəmər güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub

Bakıda kəmər güləşi üzrə 3-cü Avropa çempionatına yekun vurulub.

3 Okt 2023
İdman

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Azərbaycan idmançısı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatının qalibi olub.

3 Okt 2023
İdman

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.

3 Okt 2023
İdman

Avstriya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı - SİYAHI

Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

2 Okt 2023
İdman

Millimizin üzvü Macarıstan klubu ilə bu mövsüm ilk kubokunu qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.