İlk uçuşunu aşağı yüksəklikdə noyabr ayında həyata keçirən sərnişin dronu 2020-ci ildən xidmət göstərə bilər, cihazı dizayn edən İsrail şirkəti bildirib.
500 kiloqram ağırlıqda yükü saatda 185 kilometr sürətlə daşıya bilən və dəyəri 14 milyon ABŞ dolları olan Comorant (əvvəlki adı AirMule - HavaEşşəyi) dronunun xilasetmə və hərbi xidmətlərdə istfiadə edilməsi nəzərdə tutulub.
Urban Aeronautics şirkəti dronun rotorlarının daxildə olduğundan vertolyotdan daha təhlükəsiz olduğunu deyib.
Şaquli qalxıb və enməkdən başqa, Comorant həmçinin binaların arasından və elektrik xəttlərin altından uça bilir.
"Bu (ilk uçuş) Comorantın prototiptən yaxın müddətdə istehsalına və nəticədə bu inqilabi texnologiyanın kommersiyalaşdırılması onun geniş tətbiqinə və bir çox bazara yol açır", Urban Aeronautics-in rəhbəri Rafi Yoeli deyib.
Amazon şirkətinin Prime Air adlı dronla çatdırılma xidmətinin yayda elan edilməsilə kommersiylaşmış dronların artıq böyük biznesə döndüyünü göstərir.
İyun ayında başqa bir sərnişinli dron - Çinin Ehang şirkətinin 184 dronuna ABŞ-ın Nevada ştatında sınaq uçuşları keçirməyə icazə verilmişdi.
Imperial College London-un Hava Robototexnika Labarotoriyasının direktoru, Dr Mirko Kovac deyib ki, "təklif edilmiş dron, xüsusi dronların nəinki çatdırlıma xidmətlərində və (sensorlarla) ekoloji yoxlamalarda, həm də nəqliyyatda həqiqi potensialı olduğunu göstərir".
"Bu aparatların istifadəsini təhlükəsiz və asan etmək üçün görüləsi texnoloji işlər hələ çoxdur, lakin layihə bazara gəlsə kütlələrə hava ilə nəqliyyatı açaraq insanların şəhərlərdə hərəkatini dəyişə bilər", Dr Kovac əlavə edib.
Imperial College-in maşınqayırma fakültəsinin dron eksperti Ravi Vaidyanathan İsrail dronunun ilk uçuşunun aşağı yüksəklikdə naviqasiya üçün "dönüş nöqtəsi" ola biləcəyini və aparatın humanitar xilasetmə və hərbi xidmətdə istifadə hədəfinin doğru olduğunu deyib.
"Niş istifadə tapmaq və aparatın təhlkükəsizliyini təsdiqləmək yaxşı fikirdir", o BBC-yə deyib.
Lakin dronların mülki şəxslər tərəfindən istifadəsi gözlənilsədə, bu gələcəyin reallaşdırılması üçün nə qədər vaxt çəkəcəyi hələ aydın deyil.
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatı mülki əhaliyə hücum aktı həyata keçirib.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 270 hərbçisi məhv edilib.