Səməd Seyidov: Erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri ölkənin öz imicinə zərbə vurur

Səməd Seyidov: Erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri ölkənin öz imicinə zərbə vurur
11 2017 16:40

“Fransa Perzidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikir birbaşa Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır”.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, təəssüflər olsun ki, erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri başa düşmürlər ki, bununla onlar ölkənin öz imicinə böyük zərbə vururlar: “İkincisi isə bilmək lazımdır ki, Fransada prezident seçkiləri heç də Ollandın iştirakı ilə keçməyəcək. Ona görə təəssüflər olsun ki, bu insan bu istiqamətdə çıxışlar edərək daha çox Fransanın özünə problem gətirir, nəinki Azərbaycana”.

S.Seyidov bildirib ki, Minsk qrupunun həmsədr ölkələrindən yalnız Fransa yox, digərləri də bəzən o qədər də obyektiv və düzgün mövqedə dayanmır: “Ancaq biz öz konkret mövqeyimizi ortaya qoymuşuq və bu istiqamətdə danışıqları davam etdirəcəyik”.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.


24 Yan 2025
Siyasət

"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

24 Yan 2025
Siyasət

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.

24 Yan 2025
Siyasət

Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

24 Yan 2025
Siyasət

Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

24 Yan 2025
Siyasət

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.