Səhiyyənin və xəstəxanaların idarə olunması mövzusunda seminar keçirilib

Səhiyyənin və xəstəxanaların idarə olunması mövzusunda seminar keçirilib
09 2017 14:29

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında regional səhiyyə qurumu idarə heyətinin üzvü və vitse-prezidenti Voren Vaytın iştirakı ilə seminar keçirilib. Regional səhiyyə sistemi və xəstəxanaların idarə edilməsində 35 ildən artıq təcrübəyə malik mütəxəssis iki gün davam edən seminarda səhiyyə sistemi və xəstəxana idarəçiliyi mövzusunda çıxış edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminarda Səhiyyə Nazirliyinin müvafiq qurumları, Azərbaycan Tibb Universitetinin nümayəndələri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllim heyəti, o cümlədən sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə rezidentura keçənlərlə yanaşı mərkəzin əməkdaşları da iştirak ediblər.

Amerikalı mütəxəssis tədbir iştirakçılarına fəaliyyət göstərdiyi tibb müəssisələrində xəstəxanaların keyfiyyətli idarə olunması sahəsində qazandığı təcrübə və regional səhiyyə ilə əlaqədar 15 tendensiya haqqında ətraflı məlumat verib.

Seminarda xəstələrin təhlükəsizliyinin təmin olunması, tibbi xidmət zamanı israfçılığın qarşısının alınması haqqında ətraflı bəhs edən mütəxəssis xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması üçün rezidentlərin və tələbələrinin tibb ocaqlarındakı təlim və hazırlıq proqramlarından da danışıb. O, kadrların idarə olunması, xəstəxanaların keyfiyyətli və uzunmüddət fəaliyyət göstərməsi məqsədilə strateji planlaşdırma aparılmasının vacibliyini söyləyib.


6 Mar 2026
Cəmiyyət

Xocalıya növbəti köç: 67 nəfər doğma yurduna qayıtdı - FOTO

Martın 6-da Xocalı rayonuna növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə rayonun Təzəbinə və Seyidbəyli kəndlərinə ailələr yerləşdirilib.

6 Mar 2026
Cəmiyyət

Universitet və kolleclərə sənəd qəbulu başa ÇATDI

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

6 Mar 2026
Cəmiyyət

Mart ayının pensiyaları ÖDƏNİLDİ

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.

6 Mar 2026
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.