Səhiyyə Nazirliyindən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA
20 Dek 2016 10:28

Səhiyyə Nazirliyi (SN) həkimlər tərəfindən 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərarın tələblərinin pozulmasına - reseptlərdə dərmanların təsiredici maddəsinin adının deyil, onun ticarət adının yazılmasına münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Trend-ə deyib ki, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd etməlidirlər. Aptekə müraciət edən vətəndaşa əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə məlumat verilməlidir. Vətəndaş isə reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada və büdcəsinə uyğun olaraq, dərmanın seçimini qiymətə və istehsalçıya görə özü etməlidir.

M.Süleymanov əlavə edib ki, həkimlərin bu qaydalara əməl etməməsi hallarını yalnız nəzarət tədbirləri zamanı aşkarlayıb aradan qaldırmaq mümkündür.

Tibb müəssisələrinin SN tərəfindən təsdiqlənmiş resept blankları ilə təminatı məsələsinə toxunan M.Süleymanov deyib ki, dövlət müalicə-profilaktika müəssisələri yeni resept blankları ilə SN tərəfindən təmin olunurlar:

"Özəl tibb müəssisələri isə yeni resept blanklarını Analitik Ekspertiza Mərkəzindən almalıdırlar. Yalnız bəzi özəl tibb müəssisələri tərəfimizdən edilən xəbərdarlıqlara baxmayaraq, hələ də yeni resept blanklarının alınması üçün Analitik Ekspertiza Mərkəzinə müraciət etməyiblər".

Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır.


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.