Səfir: İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir

Səfir: İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir
13 Dek 2016 15:03

İtaliyanın “Notizie Geoplotiche” geosiyasət və xarici siyasət üzrə gündəlik xəbər saytında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc olunub.

Trend sayta istinadən xəbərt verir ki, jurnalist Culiano Bifolki ilə ölan müsahibədə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin ölkəmizə səfərinin yekunlarına dair suala cavab olaraq səfir Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını və bunun səfər zamanı bir daha təsdiq olunduğunu bildirib.

Diplomat həmçinin, səfər zamanı nazirin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu, habelə xarici işlər naziri Elmar Məmmədyarov və energetika naziri, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Natiq Əliyevlə görüşlərində istər ikitərəfli münasibətlərə, istərsə də regional və qlobal mövzulara dair geniş müzakirələr aparıldığını deyib. Nazir P.Centilonini Azərbaycana səfərdə çoxsaylı italyan şirkətlərinin müşayiət etdiyini, bu səfərin cari ilin iyununda Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclası və Biznes Forumunun nəticələri üzrə görülən işlərin müzakirəsi üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycan və İtaliya arasında geniş iqtisadi əlaqələrin mövcudluğunu bildirən diplomat uzun illərdir ki, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olduğunu, Azərbaycanın isə İtaliyanın əsas neft təchizatçılarından olduğunu, ölkəmizdə enerji, infrastruktur, sənaye sahələrində çoxsaylı italyan şirkətlərinin önəmli layihələrə cəlb olunduğunu, son illərdə Azərbaycanda İtaliya istehsalı olan yüksək keyfiyyətli istehlak və sənaye mallarına tələbatın daha da artdığını deyib. M.Əhmədzadə Cənubi Qaz Dəhlizi, o cümlədən TAP layihəsinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsi və İtaliya iqtisadiyyatına töhfələri barədə də danışıb. İqtisadi əlaqələrin perspektivinə münasibətdə diplomat italyan biznesini enerji sektoru ilə yanaşı, ölkəmizin qeyri-neft sektorundakı imkanlardan bəhrələnməyə, habelə strateji mövqeyə, müasir logistika və nəqliyyat infrastrukturuna malik Azərbaycanı daha geniş bazarlara çıxış üçün körpü kimi dəyərləndirməyə çağırıb.

Jurnalistin Ermənistan-Azərbaycan münaqişəsinin həlli imkanlarına dair sualına cavab olaraq diplomat münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər, erməni tərəfinin iddialarının beynəlxalq hüquqa zidd olması, münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi barədə danışıb. Münaqişənin nizamlanması üçün buna başlıca maneə olan işğal olunmuş ərazilərimizdən Ermənistan ordusunun çıxarılmasının vacibliyini bildirən diplomat əlavə edib ki, Ermənistan aprel ayında baş vermiş hadisələrdən dərs almalı, status-kvonun dəyişdirilməsinin vacibliyini qəbul etməli, habelə beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlarda imitasiya etməyi dayandırmalı, substantiv danışıqlara başlamaq üçün konstruktivlik nümayiş etdirməlidir.

Azərbaycanın uğurları, müstəqil siyasəti və beynəlxalq səviyyədə artan rolundan narahat olan antiazərbaycan qüvvələrinin və onların əlaltısı olan erməni lobbisinin ölkəmizə qarşı təxribatçı kampaniya apardığını bildirən diplomat həmin qüvvələrin İtaliyada Azərbaycana qarşı qərəzli propaqandasının onların İtaliya-Azərbaycan yüksək səviyyəli əlaqələrinə dözümsüzlüyündən də qaynaqlandığını deyib. Diplomat Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının hüquqlarını, Ermənistan ordusunun azərbaycanlı əhalisinə qarşı törətdiyi müharibə cinayətləri və digər ağır cinayətləri, eləcə də Azərbaycanın müstəqillik dövründə siyasi, iqtisadi və sosial sahədə əldə etdiyi uğurları, habelə ölkəmizin dünyada sülhün, sabitliyin, əməkdaşlığın, multikulturalizmin, rifahın təşviqinə verdiyi töhfələri görməzdən gəlməyin ikili standartlar olduğunu söyləyib.


6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.