Sakuranın çəhrayı çiçəkləri

Sakuranın çəhrayı çiçəkləri
10 2017 15:17

Sakura əslində dekorativ yapon gilənarı olsa da, “Gündoğar ölkə”nin dövlət rəmzi sayılır. Ona Yaponiyanın demək olar ki, hər yerində - çay vadiləriboyu, dağ ətəklərində və şəhər parklarında rast gəlmək mümkündür.

AZƏRTAC xəbər verir ki, sakuranın müxtəlif forma və rəng çalarlarına malik 16 növü və 400-ə qədər sortu var. Ağacın hündürlüyü ilk növbədə onun növ və yaşından asılıdır. Adi halda bitkinin hündürlüyü 8 metrə yaxın olsa da, yaşı 1800 il olan ən qoca sakuranın uzunluğu 24 metrə çatır. Ağacın çiçəkləməsi yazın əvvəlində başlayır, lakin onun bəzi növləri yanvarda çiçək açır. Çəhrayı və sarı çiçək açan sakura bağları yaz aylarında cənnəti xatırladır, lakin həmin dövr çox qısa olur - bəzi yerlərdə bir neçə gün, bəzi yerlərdə isə bir neçə saat davam edir. Görünür, elə buna görə də yaponlar üçün həmin çiçəklər həyatın gözəl, qısa və fani olması rəmzinə çevrilib. Onu əbəs yerə yapon mədəniyyətinin məşhur bir hissəsi hesab etmirlər. Xalqın ən qədim ayinlərindən sayılan Xanamı çiçəkləyən sakura bayramı kimi qeyd olunur.

Qədim dövrlərdən şərq qadınlarının sakuraya rəğbəti onun dəridə cavanlıq və təravəti qoruma xüsusiyyətindən irəli gəlirdi. Sakuranın çiçəklərindən hazırlanan dəmləmə, cövhər və maskalar cavan dərini təmizləmək və ağartmaq, yaşlı dərini isə nəmləndirib qidalandırmaq, həmçinin saçların parlaqlıq və möhkəmliyini artırmaq üçün istifadə olunurdu.

Müasir kosmetologiya və xalq təbabətində də sakura öz aktuallığını saxlayır. Onun çiçək və yarpaqlarından alınan ekstraktlar dəriyə qulluq üçün çox faydalıdır. Ekstraktlar əsasında krem, losyon, maska və balzamlar hazırlanır. Sakura antoksidant maddələrin, mineral və vitaminlərin, üzvü turşuların qiymətli mənbəyi hesab edilir. Tərkibindəki həmin maddələr hesabına sakura dəriyə antibakterial və iltihab əleyhinə təsir göstərilir, dəri hüceyrələrinin regenerasiyasını sürətləndirərək onun yenilənməsini təmin edir.


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.