Sahibkarların maarifləndirilməsi uğurla davam etdirilir

Sahibkarların maarifləndirilməsi uğurla davam etdirilir
24 2017 14:23

Son zamanlar dünyada baş verən iqtisadi dəyişikliklərə baxmayaraq, Azərbaycanın siyasi-iqtisadi həyatında, xüsusilə də sahibkarlığın müxtəlif sahələrində fəaliyyət dairəsi genişlənmiş, yeni-yeni nailiyyətlər əldə edilmişdir. Bu sahədə xüsusi rolu olan "BSC Consulting & Outsourcing" Şirkəti sahibkarlığa dəstək istiqamətində maarifləndirmə məqsədilə növbəti tədbirini keçirdi.

Bildiyimiz kimi, kiçik və orta sahibkarlığın stimullaşdırılması, pərakəndə ticarətdə rəqabət mühitini təmin edilməsi və vergi yükünü optimallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bəzi dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin izahı məqsədilə BSC Consulting & Outsourcing şirkətində tədbir keçirildi. Tədbirdə iştirak edən BSC Consulting & Outsourcing şirkətinin rəhbəri İkram Mütəllimov açılış nitqində Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacağını, sahibkarlığın inkişafına dəstək verəcəyini vurğuladı.

Daha sonra Maliyyə Departamentinin rəhbəri Arzu Xəlilova şirkətin müştəriləri ilə məcəlləyə edilmiş mühüm dəyişikliklər haqda geniş izahlı təqdimatla çıxış etdi.

Tədbirdə nağd və nağdsız hesablaşmalar, sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması məsələsi, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması vəs. müzakirə olundu.

Qeyd olundu ki, sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması tələbi ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergi ödəyiciləri üçünsə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyinin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edəcək.

Tədbirdə digər müzakirə mövzusu elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər oldu. Arzu Xəlilova bildirdi ki, elektron-qaimə fakturanın tətbiqi zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Arzu Xəlilova həmçinin qeyd etdi ki, məcəlləyə edilmiş digər dəyişiklik kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.

Tədbir zamanı müştəriləri maraqlandıran bu dəyişikliklər ətrafında geniş müzakirələr aparıldı.

Maliyyə, mühasibatlıq, insan resursları, hüquq və marketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən Business Service Center autsoursinq ənənsinin formalaşmasında xüsusi rol oynayır. 20 il ərzində 40 – dan çox daimi müştəri qazanaraq öz xidmətlərini təqdim edən şirkət, bu müddət ərzində böyük komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərmişdir. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrə fəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən "BSC Consulting & Outsourcing Company" öz xidmətlərini Sizə təqdim etməkdən böyük məmnunluq duyur. Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında ətraflı məlumatı http://www.bsc.az/ əldə edə bilərsiniz


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.