Bu gün N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılıb. Bu barədə "APA-Economics"ə SOCAR-dan məlumat verilib.
Qərargahın əlaqə telefonları:
+994 50 841 10 62
+994 50 841 12 09
Hadisə ilə əlaqədar 15 dekabr saat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.
Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun daha bir itkin düşmüş hərbçisinin şəhid olduğu aşkarlanıb.
Vətən müharibəsində şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Erməni vandallarının uzun illər ərzində işğal etdikləri Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların nəticələrinin aradan qaldırılması, bölgədə insan həyatının hərtərəfli bərpa edilməsi üçün hələ uzun müddət əsaslı işlər aparılmalıdır.
“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının bu günə olan cədvəli açıqlanıb.
Yanvarın 22-24-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi sistemindən doqquz, Dövlət Sərhəd Xidmətindən iki müraciət daxil olub.