2016-cı ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6706 metr qazma işi həyata keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 100 min 363 metr qazma işi görülüb ki, bunun da 97 min 693 metri istismara, 2670 metri isə kəşfiyyata aiddir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.