SOCAR istiqrazının sahibləri gündəlik təxminən 0,14 dollar qazanır.
Bu kağızlar üzrə marketmeyker fəaliyyətini həyata keçirən “PSG Kapital” investisiya şirkətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın daxili bazar üçün dollarla buraxdığı SOCAR istiqrazları öz sahiblərinə hər gün gəlir gətirir. Nominal qiyməti 1000 dollar olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollar təşkil edir. Faiz gəlirləri hər gün üçün hesablandığına görə, hər bir istiqraz sahibi gündə təxminən 0,14 dollar qazanır.
SOCAR istiqrazlarının buraxılışından təqribən 5 ay müddətin keçdiyini nəzərə alsaq, hər bir istiqraz öz sahibinə indiyədək 21 dollar gəlir qazandırıb. Bir ilin tamamında bu məbləğ 50 dollar olacaq. İstiqraz sahibləri bu pulun 12,5 dollarını yanvarın 17-də ilk faiz ödənişi zamanı alıblar. Gəlirlərin növbəti hissəsi isə aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-si tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.
Xatırladaq ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2 faizi deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.
SOCAR istiqrazlarının satış qiyməti 1 007-1 008 dollara yüksəlib. Bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb- satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2 faizi deməkdir.
SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.