SOCAR-ın “Neftqaztikinti” trestinin 173 nəfər əməkdaşı işdən azad edilir.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.
Hüquq müdafiəçisi qeyd edib ki, işçilər müqavilə vaxtının bitməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılır.
APA-nın əldə etdiyi məlumata görə, trestdə “Ernst&Young” audit şirkəti tərəfindən yoxlama aparılır. “Yoxlamaların nəticələrinə əsasən, trestin əməkdaşları işdən azad olunur”, - deyə mənbə bildirib.
Qeyd edək ki, trestin 3000-ə yaxın əməkdaşı var.
SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Mənə verilən məlumata görə, qeyd edilən say o qədər deyil və bu işçilər müvəqqəti layihələrdə işləyib, vaxtları bitənlərdir. Dəqiq məlumatı trestdən alıb, sizə təqdim edərik”.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.