Malayziya hökumətinin “arzuolunmaz şəxs” elan etdiyi Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Kan Çxol ona qarşı “sərt tədbir” görülməsindən narahatlığını bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kan Çxol bu gün səhər Kuala-Lumpur hava limanına yollanıb. Diplomatın fikrincə, belə addımlar iki ölkə arasındakı münasibətlərə zərər vurur. Səfir ölkəni tərk edərkən verdiyi bəyanatda onu da əlavə edib ki, KXDR vətəndaşının qətlinin diplomatik münaqişəyə səbəb olan təhqiqatı qərəzli aparılıb və nəticələri əvvəlcədən müəyyənləşdirilib.
Xatırladaq ki, Malayziya aeroportunda başgicəllənməsi şikayəti ilə uçuş zalının əməkdaşlarına müraciət edən, sənədində Kim Çen Nam kimi qeyd olunan şəxs kiminsə arxadan ona yaxınlaşaraq üzərinə maye çilədiyini bildirib. Hava limanının tibb məntəqəsinə gətirilən şəxs burada güclü başağrısı hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib.
Kim Çen Nam KXDR-in keçmiş lideri Kim Çen İrin aktrisa Son Xe Rimdən olan oğludur. 2001-ci ildə saxta sənədlə Yaponiyaya keçmək istəyərkən baş verən insidentdən sonra vətənini tərk edərək Makao şəhərinə köçüb və burada bizneslə məşğul olmağa başlayıb.
Əldə olan məlumata əsasən, Kim Çen Namı sinir-iflicedici xüsusiyyətə malik kimyəvi silah sayılan maddə (VX Nerve Agent) ilə zəhərləyiblər. Malayziya polisi isə hələ ki, Şimali Koreya vətəndaşının ölüm səbəbi, onun şəxsiyyəti və qətldə KXDR-in əli olduğu barədə tam dəlil-sübut toplaya bilməyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib.
Artıq 5 ildir ki, iyunun 3-ü bütün dünyada Velosiped Günü kimi qeyd edilir.
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.
“Türkiyədə keçirilən prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün çox dua etdim”.
Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək səviyyədə olacaq. Mərasimdə türk respublikaları geniş heyətlə təmsil olunacaq.