Şəkərli diabet xəstəsinin ayağından iki litr irin çıxarıldı

Şəkərli diabet xəstəsinin ayağından iki litr irin çıxarıldı
24 2017 09:09

Azərbaycanda şəkərli diabet xəstəsi üzərində mürəkkəb əməliyyat uğurla tamamlanıb. 51 yaşlı xəstə kişini Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunduqdan sonra ölümdən qaytarmaq mümkün olub.

ATU-dan AZƏRTAC-a bildiriblər ki, klinikanın ümumi cərrah-transplantoloqu, dosent Sadiq Həmzəyevin sözlərinə görə, şəkərli diabeti olan xəstə sol ayağın total fleqmonası–absesi ilə klinikaya müraciət edib. Uzun müddət şəkərli diabeti olan bu xəstənin travmadan sonra ayağında ağrılar başlayıb. İki həftə müalicə almasına baxmayaraq xəstənin ayağında tam hərəkətsizlik, şişkinlik, qızdırma olub.

Tədris Cərrahiyyə Klinikasında xəstəyə sol aşağı ətrafda total nekrozlaşma-abses diaqnozu təyin edilib. Ayaqda geniş kəsiklər aparılıb, nekrotik toxumalar təmizlənib, iki litrə yaxın irinli nekrotik kütlə təmizlənib. Diz oynağında, oynaqdaxili nekrotik kütlə təmizləndikdən sonra bütün yerlərdə yaralar drenaj edilib.

Həkim deyib: “İlk olaraq belə ağır xəstələri sepsisdən-ölümdən xilas etmək vəzifəsi öndə dayanır, sonra ayağı amputasiyadan qorumaq, növbəti mərhələdə isə məqsəd ətrafın dayaq-hərəkət funksiyasının maksimum qorunmasıdır. Biz artıq ilk iki vəzifəni yerinə yetirmişik. İndi ətrafın maksimum dayaq-hərəkət funksiyasının saxlanılmasına çalışırıq. Hazırda xəstəyə arteriya daxili gündəlik inyeksiyalar vurulur, yara təmizlənir. Bu cür ağır xəstəliklər zamanı bəzən ətrafın (ayağın) itirilməsi və ölüm halları baş verir. Əksər hallarda xəstənin səhlənkarlığı, diaqnozun vaxtında təyin edilməməsi, erkən adekvat müalicənin aparılmaması bu cür gecikmiş ağır fəsadların yaranmasına gətirib çıxarır. Belə hallarda xəstənin yeganə xilası - radikal geniş kəsiklərin aparılması, nekrotik toxumaların təmizlənməsi, həssas antibiotiklərin dezintoksikasiyası və bədənin gücləndirilməsindən, ətrafın gündəlik sanasiyası tədbirlərindən asılıdır”.

S.Həmzəyev bildirib ki, şəkərli diabet xəstələri pəhriz saxlamalı, qanda şəkərin səviyyəsini tənzimləməli, aktiv həyat tərzi keçirməli və vaxtaşırı müalicə almalıdırlar. Son zamanlarda qida məhsullarının keyfiyyətinin pis olması belə xəstələrin sayının artmasına şərait yaradır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.