Şəhərin ortasına 40 metrlik balinanı yadplanetlilər atıb? - FOTO

Şəhərin ortasına 40 metrlik balinanı yadplanetlilər atıb? - FOTO
30 2017 09:46

 
Moderator.az xəbər verir ki, ABŞ-ın Oklahoma ştatının Maskoqi şəhərinin sakinləri  yanvarın 23-də  səhər saat 9-da Arkanzas çayının sahilində 40 metrlik balinanı görəndə dəhşətə gəiblər. Balınanın cansız cəmdəyini öncə parkın işçisi görüb. O, elə hesab edib ki, bu, şəhər cavanlarının oyunudur və polisə müraciət edib. Ancaq hadisə yerinə gələn təhqiqatçılar heç bir nəqliyyat izi tapmayıblar. 
Polislər bildirib ki, bu ölçüdə  balinanın yerləşə biləcəyi  yük maşını da yoxdur. Onlar etiraf ediblər ki, nəhəng dəniz məməlisinin yaşadığı yüz kilometrlərlə uzaq ərazidən şəhərə necə gətirilməsini izah edə bilmirlər. Polislər yalnız bir ehtimal ediblər ki, balina okeanda azaraq Arkanzas çayı boyu yuxarı üzüb və Maskoqi şəhərindəki parkda sahilə atılıb. Ancaq bu  da inandırıcı görünmür. Çünki balinanın okeandan çaya daxil olması bu günədək görünməyib.
Okloxama Universitetindən gəlmiş bioloqlar komandası balinanın cəsədindən  bir neçə nümunə götürüblər. Öz analizlərindən sonra onlar 25 tonluq balinanın Maskoqoiyə çatınca nə qədər yol qət etdiyini müəyyən etməyə çalışacaqlar.



Tanınmış ufoloq K.Uorrrinq isə inamla söyləyib ki, bu, yadplanetlilərin işidir. O, hesab edir ki, onlar NUO ilə balinanı qaçırıb aparıblar. Onun üzərində araşdırma apardıqdan sonra isə qaytarıb yerə atıblar. 


18 Sent 2023
Maraqlı

Uşağın dəcəlliyindən özünü qorumaq üçün oyuncaq təqlidi edən pişik hər kəsi güldürdü - VİDEO

Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.

10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat