Şamaxıya yağan qar sürüşməni aktivləşdirib

Şamaxıya yağan qar sürüşməni aktivləşdirib
26 Dek 2016 11:32

Dekabrın 25-də Şamaxı şəhərinə yağan qar sürüşməni aktivləşdirib. Bu barədə Trend-ə Şamaxı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov məlumat verib.

Onun sözlərinə görə, dekabrın 25-də gecə saatlarında şəhər ərazisinə 10-12 santimetr qar yağıb:

"Şəhərin mərkəz hissələrində qarın qalınlığı 7-8 santimetrdir. Amma dağlıq kəndlərdə qarın qalınlığı 10-12 santimetrdən artıqdır. Son vaxtlar havaların yağışlı keçməsi, dünən də qar yağması bəzi ərazilərdə sürüşməni aktivləşdirib".

İcra başçısının birinci müavini bildirib ki, sürüşmə əsasən şəhərin Hüseyn Ciddi küçəsində və Şəhidlər xiyabanının ətrafında, Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqələrində aktivləşib. Həmin ərazilər isə sürüşməyə meyili yerlərdir. Hadisə nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.

Q.Qasımov bildirib ki, hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əraziyə dəvət edilib və sürüşmə nəticəsində ziyan çəkən evlərə baxış keçirilib:

"Nazirlik mütəxəssislərinin rəyindən sonra qəzalı evlərlə bağlı akt tərtib edilib və Fövqəladə Hallar Nazirliyinə göndərilib".

Xatırladaq ki, şəhər ərazisində baş verən sürüşmə nəticəsində şəhər mərkəzi və rayonun 7 kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində 404 evdə çatlar əmələ gəlib.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.