Şahdəniz 2 platformalarının ikinci dayaq bloku dənizə yola salındı

Şahdəniz 2 platformalarının ikinci dayaq bloku dənizə yola salındı
16 2017 13:28

Şahdəniz Mərhələ 2 platformalarının ikinci dayaq bloku dənizə yola salınıb. Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının dayaq bloku qrafiki qabaqlayaraq 15 mart tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salınıb.

BP-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dayaq bloku konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi, payaların üzərinə quraşdırılması və yekun tamamlanma işlərinin hava şəraitindən asılı olaraq təxminən 75 gün davam edəcəyi gözlənilir.

Dayaq blokunun tikintisi qrafiki qabaqlayaraq 20 fevral 2017-ci il tarixində tamamlanıb və sonra uğurla BDÖZ-dəki yanalma körpüsündə STB-1 daşıma barjına yüklənib.

BOS Shelf, Star Gulf və Saipem konsorsiumu tərəfindən inşa edilmiş bu dayaq bloku yerli tikinti-quraşdırma infrastrukturundan və qurğularından istifadə olunmaqla bütövlüklə ölkə daxilində BDÖZ-də inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar daxil olmaqla 2000 nəfər işçi cəlb edilmişdi. Bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.

BP-nin Şahdəniz 2 layihələri üzrə vitse-prezidenti Yuan Dramond deyib: “İkinci dayaq blokunun dənizə yola salınması bu ilə planlaşdırılmış ilk mühüm işimizdir və biz qrafiki qabaqlamaqla buna nail olmağımızdan çox məmnunuq. 2017-ci il həm BP şirkəti üçün, həm də artıq təxminən 90%-i tamamlanmış olan Şahdəniz 2 layihəsi üçün əhəmiyyətli bir ildir. Biz bu il layihə üzrə bir sıra mühüm işlərin tamamlanmasını planlaşdırırıq. BP-nin Azərbaycandakı fəaliyyətinin 25-ci ildönümünü qeyd etdiyimiz bu ildə biz planlaşdırdığımız bütün işləri qrafikə uyğun tamamlamaqla böyük uğura imza atmaq niyyətindəyik. Bu münasibətlə, mən bu nəhəng layihənin irəliləyişinə göstərdikləri dəstəyə və əməkdaşlığa görə SOCAR-a və tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Eləcə də, bu mərhələnin qrafikdən öncə tamamlanmasına nail olmaq üçün öz zəhmətini əsirgəməmiş BP-nin, podratçıların və subpodratçıların bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm. Bu dayaq blokunun 22 aylıq tikinti müddətində BP-nin texniki təhlükəsizlik standartlarına tam əməl etdiklərinə görə BOS Shelf, Star Gulf və Saipem konsorsiumuna xüsusilə təşəkkür etmək istəyirəm. Bu, əməyin təhlükəsizliyi baxımından böyük nailiyyətdir və mən əminəm ki, dənizdəki quraşdırma işləri də əməyin təhlükəsizliyinə və keyfiyyətə eyni dərəcədə əməl edilməklə həyata keçiriləcək.”

İkinci dayaq blokunun çəkisi təxminən 12084 ton, hündürlüyü isə 105 metrdir. Dayaq blokunun 31 J-formalı borusu, 7 xidməti kessonu və 3 J-formalı boru kessonu var. Dayaq bloku suyun 95 metr dərinliyində quraşdırılacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.