Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib

Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib
11 2017 15:14

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Dövlət başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verilib.

Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr su təmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxıb.

Su anbarlarından təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Anbarlardan Şahbuz şəhərinə qədər diametri 315 və 280 millimetr olan 2,7 kilometr uzunluğunda plastik boru xətti quraşdırılıb. Layihə ərazisində diametri 280 millimetrdən 63 millimetrədək borularla 64,3 kilometr içməli su xətti çəkilib. Su şəbəkəsində 31 yanğın hidrantı və 4 təzyiqazaldıcı inşa olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin ediləcək. Bundan başqa, əhaliyə verilən su ekoloji cəhətdən də yararlı və təmizdir. Bu su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

Bildirilib ki, Şahbuz şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər borularla 40,1 kilometr kanalizasiya xətti çəkilib.

Dövlət başçısı Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.


2 Noy 2024
Siyasət

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.

2 Noy 2024
Siyasət

Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

2 Noy 2024
Siyasət

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

2 Noy 2024
Siyasət

Cahit Bağcı Elçin Əmirbəyovla regional və qlobal məsələləri müzakirə edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

2 Noy 2024
Siyasət

Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında məşhur türkiyəli tarixçi, professor İlber Ortaylı ilə görüş keçirilib.