Desant qoşunlarının minə yaxın hərbçisi 2017-ci ildə Rusiya Federasiyasının sərhədlərindən kənarda təlimlərdə iştirak edəcəklər.
REALPRESS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiya departamentindən bildiriblər.
“Desantçılar öz imkanlarını Ermənistan, Nikaraqua və Belarus ərazisində nümayiş etdirəcəklər”, - hərbi nazirlikdən qeyd ediblər.
Müdafiə Nazirliyindən bildiriblər ki, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində rusiyalı desantçılar xarici dövlətlərin silahlı qüvvələri ilə taktiki, komanda-qərargah, xüsusi-taktiki, terror əleyhinə təlimlərdə iştirak edəcəklər.
Hərbçilər onlara tanış olmayan poliqonlarda, müxtəlif landşaft-iqlim zonalarında əməliyyatlar keçirməlidirlər.
Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar günü münasibətilə sosial media hesabında paylaşım edib.
Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşən “AzerFloat” şirkətinin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı zavodunun açılışı olub.