Qarşıdakı illərdə dünya bazarında neftin orta qiyməti 40-55 dollar/barrel səviyyəsində olacaq.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bu fikirdədir.
O qeyd edib ki, 2017-ci ildə neftin orta qiyməti 40 dollardan yuxarı olacaq. Bu, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının azaldılmasını nəzərdə tutan sazişi ilə əlaqədardır.
“Neftin qiyməti bir çox amildən asılıdır. Bunlardan ən əsası ABŞ-ın neft siyasəti və şist nefti istehsalı, eləcə də OPEC-in hasilatı azaltmaqla bağlı qərarının uzadıb-uzatmamasıdır”, - deyə E.Nabiullina bildirib.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.
2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.
2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.