Rusiya səfirini öldürən polislə bağlı şok faktlar

Rusiya səfirini öldürən polislə bağlı şok faktlar
20 Dek 2016 17:37

Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın sözcü.com.tr-yə istinadən xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, çevik polis alayının əməkdaşı olan M.Altıntaş 15 iyul qiyamı zamanı Diyarbakırda ezamiyyətdə olub. 2 günlük ezamiyyətdən sonra M.Altıntaş Ankaraya qayıdıb. Maraqlıdır ki, çevriliş cəhdindən dərhal sonra Diyarbəkir Çevik Polis Alayının rəhbəri Kahraman Sezer FETÖ/PDY terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində həbs edilib. M.Altıntaşa həmin vaxt Ankaraya getmək üçün 2 günlük icazənin də həmin polis rəisi tərəfindən verildiyi üzə çıxıb.
  
Məlum olub ki, iyulun 16-da Diyarbakırdan Ankaraya gələn Mert Altıntaş Demetevler məhəlləsindəki evdə qalıb. Maraqlıdır ki, çevriliş cəhdindən sonra Türkiyədə bütün polislərə icazə almaq qadağan edilib. Bu ərəfədə M.Altıntaşa Kahraman Sezer tərəfindən 2 günlük icazə verilməsi araşdırılır. Onun Ankarada qalmaq üçün qeydiyyata düşdüyü evin “Todays Zaman” qəzetinin müxbirinin adına olması da diqqətdən qaçmayıb. “Todays Zaman” qəzeti Gülən camaatına məxsus olan media qurumlarından biridir. 
 
Bu arada o da məlum olub ki, Mert Altıntaş səfirə qarşı cinayətə öncədən hazırlaşıb. O, Çankaya Sənət Qalereyasının yaxınlığındakı oteldə otaq tutub və tədbirin keçirilməsi saatını gözləyib. Onun hansısa qüvvələr tərəfindən kəşfiyyat məlumatı ilə təmin edildiyi ehtimal edilir.
 
Maraqlı məqamlardan digəri isə Mert Altıntaşın İstanbul Prokurorluğunun apardığı cinayət işlərindən birində şübhəli kimi qeyd edilməsidir. Belə ki, 2012-ci ildə polisə qəbul üçün imtahan verən Mert cavabları kopyaladığı üçün nəzarət altına düşüb. Bununla belə o, polis sisteminə daxil ola bilib və 2014-cü ildə Polis Hazırlıq Məktəbini bitirərək xidmətə başlayıb.
 
Aydının Söke qəsəbəsində qeydiyyatda olan M.Altıntaş ay yarım əvvəl Ankarada qeydiyyata düşüb.
 
Bu arada M.Altıntaşın 3 ailə üzvü saxlanılıb. Onun anası Hamidiye və atası Esrafil Altıntaş ilə birgə mağazada satıcı işləyən bacısı Seher Özeroğlu də ifadə vermək üçün aparılıb. 

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.