Rusiya hakimiyyət dəyişikliyi üçün... – Məxfi sənəd kəşfiyyatın ƏLİNƏ KEÇDİ

Rusiya hakimiyyət dəyişikliyi üçün... – Məxfi sənəd kəşfiyyatın ƏLİNƏ KEÇDİ
24 2017 09:49

Rusiya Bolqarıstanda Sosialist Partiyasının (BSP) prezident seçkilərində qələbəsi üçün strateji proqram hazırlayıb.

Publika.az xəbər verir ki, məxfi sənəd haqqında Bolqarıstanın hökumət nümayəndələrinə istinadən ABŞ-ın “Wall Street Journal” qəzeti bildirib.

Nəşrin məlumatına görə, 30 səhifəlik sənədi xarici kəşfiyyat xidmətinin keçmiş əməkdaşı və “İkibaşlı qartal” cəmiyyətinin başçısı Leonid Reşetnikov bolqar sosialistlərinin rəhbərliyinə verib. Məxfi sənəd Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin əlinə keçib və onu hökumətin bir neçə üzvü arasında yayıb.

Sənəddə BSP liderlərinə məsləhət görülüb ki, əhalinin sosialistlərə dəstəyini şişirdən gündəlik sosioloji sorğular keçirsin, həmçinin rusiyayönlü KİV-də partiyanın namizədləri haqqında pozitiv materiallar dərc etsin.

Reşetnikovun özü bildirib ki, avqustda sosialistlərin lideri Korneliya Ninovoyla Sofiyada görüşüb. Amma o, hər hansı sənədin çatdırılması haqqında informasiyanı təkzib edib. Onun sözlərinə görə, məxfi sənəd haqqında informasiyanı yayanlar Bolqarıstan və Rusiya arasında münasibətlərin soyumasına nail olmaq istəyirlər.

Xatırladaq ki, Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev 2016-cı il noyabrda keçirilən prezident seçkilərində qalib gəlib. Ölkənin sabiq prezidenti Rosen Plevneliev bildirib ki, Rusiyanın seçki prosesinə müdaxiləsi haqqında sübutları var. O həmçinin yeni dövlət başçısını Moskva ilə münasibətlərdə daha diqqətli olmağa çağırıb.


26 Sent 2023
Dünya

Rusiya və İran prezidentləri Qarabağı müzakirə ediblər

İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

26 Sent 2023
Dünya

Ərdoğan İsrailə səfər edə bilər

"Türkiyə və İsrail bir çox sahədə əməkdaşlıq edir".

26 Sent 2023
Dünya

İranda neft emalı zavodunda partlayış baş verdi

İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində neft emalı zavodunda qaz sızması nəticəsində partlayış baş verib.

26 Sent 2023
Dünya

Filippin sahillərində güclü zəlzələ oldu

İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

26 Sent 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 670 hərbçisi məhv edilib.