Rusiya Dövlət Duması “Türk axını” layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib

Rusiya Dövlət Duması “Türk axını” layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib
21 2017 11:59

Rusiya Dövlət Duması bu ölkənin təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan və iki boru xəttindən ibarət olan “Türk axını” qaz boru kəməri (“Turkish Stream”) layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib.

AZƏRTAC xəbər verir ki, Dumanın məlumatında layihənin Türkiyə və Avropaya təbii qazın təhlükəsiz və tranzit riski olmadan nəql edilməsinə imkan yaradacağı deyilir. Bildirilir ki, qaz boru kəmərinin ilk xətti ixrac rüsumları şəklində Rusiya büdcəsinə ildə 750 milyon ABŞ dolları həcmində vəsait qazandıracaq.

Xatırladaq ki, ötən il dekabrın 16-da Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib. “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib.

Dekabrın 6-da isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.

Oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıblar.

“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.


5 Dek 2023
Dünya

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

5 Dek 2023
Dünya

Ərdoğan: “Türkiyə üçün prioritet Qəzzada atəşkəsin bərqərar olmasıdır”

“İsrail və HƏMAS arasında münaqişədə Türkiyə üçün prioritet atəşkəsin bərqərar olması və Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməkdir”.

5 Dek 2023
Dünya

Avro və rubl ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

5 Dek 2023
Dünya

Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri artıb.

5 Dek 2023
Dünya

Hindistanda baş verən atışmada azı 13 nəfər ölüb

Hindistanda may ayından bəri etnik münaqişələrin baş verdiyi Manipur əyalətində atışma nəticəsində azı 13 nəfər həlak olub.