Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Vladimir Safronkov BMT Təhlükəsizlik Şurasının Suriyanın İdlib şəhərinə kimyəvi hücumun müzakirəsi ilə bağlı qapalı iclasının ardından jurnalistlərə açıqlama verib.
REALPRESS.Az Report-a istinadla xəbər verir ki, o, Suriyaya hərbi müdaxilənin “mənfi nəticələrinə görə bu şübhəli və faciəli təşəbbüsü başlayanların cavabdeh olacağı”nı bildirib.
Mənfi nəticələrin nə ola biləcəyi sualına isə Safronkov, “İraqa, Liviyaya baxın” deyə cavab verib.
İsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar ölkənin dövlət qurumlarına və beynəlxalq təşkilatlara bəyanatla müraciət edib.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanda çevriliş cəhdi ilə bağlı açıqlamalar verib.