Röyanın trend olan mahnısı plagiat çıxdı

Röyanın trend olan mahnısı plagiat çıxdı
09 2019 16:54

Əməkdar artist Röya Ayxanın "Səni sevmək mənə çox yaraşır" adlı son layihəsinin plagiat olduğu iddia edilib. 

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin ötən ayın sonunda təqdim etdiyi mahnı fars musiqiçilərindən bəhrələnərək ərsəyə gəlib. 

Trenddə 19-cu yerdə olan sözügedən musiqi İranda məşhur olan "Evan Band (E 1)" qrupunun "Alijenab" albomunda yer alan bəstələrdən biridir. Hossein Sharifi və Foad Ghafaridən ibarət qrupun ifa etdiyi əsər "Zibaye Man" adlanır və bu ilin may ayında "Persian Media Group"un "Youtube" hesabında paylaşılıb. 

"Zibaye Man" bu günədək iki milyondan çox baxış toplayıb, müəllifləri Foad Ghafari və Hadis Dehghandır. Lakin Əməkdar artistin layihəsinin müəllifinin Fərid Ağa olduğu vurğulanıb. 

Qafqazinfo bildirir ki, hər iki mahnı arasında oxşarlıq çoxdur, demək olar ki, eynilik təşkil edir. Bəstənin başlanğıcı, sonu eynidir, "Zibaye Man"a Azərbaycan dilində  sözlər bənd edildiyi üçün musiqidə avtomatik olaraq dəyişiklik hiss olunur. Fərid Ağa musiqinin əsas melodiyası üzərində "Səni sevmək mənə çox yaraşır"ı yaradıb. 

Həmçinin R.Ayxan "re minor"da, iranlı gənclər isə "re diyez minor"da ifa ediblər. Əməkdar artist mahnını fərqli oxusa da, harmoniya eynidir. 

"Qafqazinfo" mövzu ilə barədə Fərid Ağa ilə əlaqə saxlayıb. "Səni sevmək mənə çox yaraşır"ın müəllifi bəstənin plagiat olmadığını qeyd edib:

"Plagiat deyil, musiqi, bənd və nəqarət başqa şeylərdir. Ola bilsin ki, gitara ifa edilən yerləri hansısa mahnıya bənzədilsin. Sizə mövqeyimi belə izah edim. Rusiyanın məşhur bəstəkarı İqor Krutoy 6 il əvvəl ilin ən yaxşı plagiat mahnılarının müəllifi olduğu üçün festivalda birinci yeri saxladı. Sual verdilər ki, necə olur ki, siz belə qalib olursuz? O da cavab verir ki, əsrlər boyu mahnılar yazılıb, biz isə onları aranjiman edirik. Mənim mövqeyim budur". 


14 Okt 2019
Şou-biznes

Cavid evlənir - Gələn il toyudur

Aparıcı Cavid Gül evlənməyə hazırlaşır.

14 Okt 2019
Şou-biznes

“Maşın Kəmalənindir” - Qalmaqallı açıqlama

Müğənni Rəqsanə İsmayılova İnstaqram "Live"da qalmaqallı açıqlama verib.

14 Okt 2019
Şou-biznes

Elton Hüseynəliyevdən telekanal rəhbərinə sərt sözlər: Qızları, gəlinləri... - VİDEO

Müğənni Elton Hüseynəliyev Mədəniyyət kanalının rəhbəri Ramil Qasımova qarşı iddialar səsləndirib.

12 Okt 2019
Şou-biznes

“Çukur”un heyranlarına BƏD XƏBƏR

Türkiyənin ən reytinqli seriallarından olan "Çukur" bu həftə - 14 oktyabrda yayımlanmayacaq.