Ronaldu komanda yoldaşını “nokdaun”a saldı - VİDEO

Ronaldu komanda yoldaşını “nokdaun”a saldı - VİDEO
11 2019 11:38


“Yuventus” futbol klubunun şərəfini qoruyan Kriştianu Ronaldu İtaliya çempionatı çərçivəsində “Sassuolo” klubuna qarşı keçirilən matçda topa vurduğu güclü zərbə ilə komanda yoldaşı Sami Xediranı “nokdauna” salıb.

Maraqlı epizodun görüntüsü “Chris #FPL”  “Twitter” səhifəsində yayılıb.

34 yaşlı forvard cərimə meydançası yaxınlığında ötürmə qəbul edir və tələsik zərbə endirən zaman sürətlə hərəkət edən top Xediranın başına tuş gəlir. Zərbənin gücündən alman futbolçu qazona yıxılır.

Qeyd edək ki, həmin oyunda “Yuventus” rəqibi “Sassuolo”nu 3:0 hesabı ilə darmadağın edib. Matçda həm Ronaldu, həm də Xedira fərqlənib. Beləcə, “Yuventus” A seriyasında mövqeyini aha da möhkəmləndirmiş olub. Hazırda turnir cədvəlinə başçılıq edən “Qoca sinyora”nın özündən sonra gələn “Napoli” klubu ilə 11 xal fərqi var.

17 Sent 2019
İdman

Güləşdə Azərbaycandan olimpiadaya ilk vəsiqəni Stadnik qazandı

Güləşdə Azərbaycandan olimpiadaya ilk vəsiqəni Stadnik qazandı

17 Sent 2019
İdman

Çempionlar Liqasında yeni mövsüm başlayır

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

16 Sent 2019
İdman

Azərbaycan təmsilçiləri üçün uğursuz, “Sevilya” üçün uğurlu hakim Bakıya gəlir

Azərbaycan təmsilçiləri üçün uğursuz, “Sevilya” üçün uğurlu hakim Bakıya gəlir

16 Sent 2019
İdman

Makqreqor oktaqona qayıdacağı məkan və tarixə işarə vurdu

Makqreqor oktaqona qayıdacağı məkan və tarixə işarə vurdu

15 Sent 2019
İdman

Güləş millimizin dünya çempionatında ikinci medalı gümüş oldu - YENİLƏNİB

Güləş millimizin dünya çempionatında ikinci medalı gümüş oldu - YENİLƏNİB