Ronaldinyo yenidən “Barselona”da

Ronaldinyo yenidən “Barselona”da
03 2017 10:03

Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilir ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə “Barselona”nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. “Barselona”nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.

Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.


29 Noy 2023
İdman

“Qarabağ” Norveçə yola düşdü - FOTO

UEFA Avropa Liqasının qrup mərhələsinin oyununda “Molde”nin qonağı olacaq “Qarabağ” klubu bu gün Norveçə yola düşüb.

27 Noy 2023
İdman

Azərbaycan cüdoçularının 2023-cü ildə qazandıqları medalların sayı açıqlandı

Azərbaycan cüdoçularının 2023-cü ilin əvvəlindən indiyədək beynəlxalq yarışlarda qazandıqları medalların sayı bəlli olub.

27 Noy 2023
İdman

Qədir Hüseynov Azərbaycan çempionu olub

Şahmatın rapid və blits növləri üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.

27 Noy 2023
İdman

Azərbaycanın qadın karateçisi ilkə imza atıb

Azərbaycan karateçisi Elşanə Rüstəmzadə kyokuşin-kan növündə ilkə imza atıb.