Dekabrın 12-də Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov müstəqilliyimizin qorunub saxlanması və inkişafında ümummilli liderin əvəzsiz xidmətləri barədə danışıb. Bu dahi şəxsiyyətin dövlətçilik tarixində mühüm yer tutduğunu qeyd edən səfir vurğulayıb ki, Ümummilli Liderə sevgi xalqımızın qəlbində yaşayır və həmişə yaşayacaq. Ölkə həyatının bütün sahələrində qazanılan möhtəşəm uğurlar Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan tarixində Heydər Əliyev dövrü kimi səciyyələndirilən bu dövrdə Ulu Öndərin titanik fəaliyyəti, xilasedici və yaradıcı missiyası nəticəsində xalqımız demokratik, hüquqi dövlətdə yaşamaq imkanı, ən əsası isə siyasi və iqtisadi müstəqilik əldə etdi.
Azərbaycan diasporunun təmsilçiləri U.Əhmədov və R.Əliyev vurğulayıblar ki, Vətənə və xalqa xidmət nümunəsi olan Ulu Öndərin əsas dayağı qədirbilən xalq idi.
Latviya Seyminin deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Roman Naudinş bildirib ki, xalqına daim bağlı olan Heydər Əliyevin həyat yolu Azərbaycan tarixinin bir hissəsidir. Deputat deyib ki, uzaqgörən siyasətçi Heydər Əliyevin qoyduğu təməl Azərbaycanı intensiv inkişaf edən iqtisadiyyata malik ölkəyə çevirəcək. Azərbaycanın dövlət müstəqilliyinin bərpasını əvvəlcədən görən dahi Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvan adına Hərbi Liseyin yaradılması onun müdrikliyini nümayiş etdirir.
Anım mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory” MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.