Riyaziyyat və Mexanika İnstitutunda “Web of Science” proqramı haqqında məlumat verilib

Riyaziyyat və Mexanika İnstitutunda “Web of Science” proqramı haqqında məlumat verilib
30 2017 09:56

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Thomson Reuters” agentliyinin Azərbaycan üzrə nümayəndəsi, “Web of Science” proqramının təlim üzrə mütəxəssisi Aygün Babazadə ilə görüş olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Babazadə “Web of Science” proqramı, bu bazaya daxil olan jurnallarda məqalələrin dərci qaydaları barədə məlumat verib. O, axtarış vasitələrindən istifadənin daha səmərəli yollarından danışılıb, saytdan istifadə üsulları əyani nümayiş etdirilib.

Qeyd edək ki, AMEA ilə dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” agentliyi arasında müqavilə imzalanıb. Müqavilədə AMEA-nın elmi-tədqiqat müəssisələri və burada çalışan alim və mütəxəssislərin “Thomson Reuters” platformasının “Web of Science” bibliometrik şəbəkəsindən istifadə imkanı əksini tapıb.


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.