2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan rezidentləri tərəfindən 54433,1 milyon manat və ya əhalinin hər nəfərinə 5649,9 manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ÜDM istehsalının 37,5 faizi sənayenin, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 10,3 faizi tikintinin, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 3,9 faiz azalıb, əsas səbəb isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 27,9 faiz azalması olub. Eyni zamanda, informasiya və rabitə sahələrində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 0,6 faiz, sənayedə isə 0,3 faiz artıb. Ümumi daxili məhsulun 66,0 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.