Belaruslu həkim-nevropatoloq Aleksandr Aksyonov artıq 2017-ci ilin fevralından başlayaraq Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) pasiyentlərin müayinə və müalicəsinə başlayıb.
RMDM-dən AZƏRTAC-a bildiriblər ki, A.Aksyonov əsəb sistemində və onurğasında zədələri olan idmançıların müalicəsində, eləcə də elektrostimulyasiya üsulu ilə iş təcrübəsinə malikdir. Əsəb sistemi və dayaq-hərəkət aparatının xəstəlikləri zamanı ən son tibbi üsullardan istifadə edir.
1998-ci ildən nevrologiya üzrə yüksək ixtisaslı kateqoriyaya sahibdir. Nevroloji xəstəliklərin müxtəlif növlərinin müalicəsində uğurlu nəticələrə nail olub. İşində blokadanın müxtəlif növlərini, manual terapiyanı, masajı, apiterapiyadan istifadə edir, EXO-ensefaloskopiya, lyumbal punksiyalarını apara bilir.
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.