Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb

Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb
12 2017 11:56

Amerikada çıxan “The Hill” nəşrində ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini Abraham Kuperin məqaləsi dərc edilib. Məqalədə İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya sonuncu səfəri, Azərbaycan-İsrail münasibətləri və Azərbaycanda tolerantlıq ənənələri mövzularına toxunulur.

Müəllif İsrailin Baş nazirinin Azərbaycana səfərinin rəmzi mənasından söhbət açaraq yazır ki, Benyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü təkcə yəhudi və müsəlman liderlərinin bir-birinin əlini sıxması ilə əlamətdar deyil, bu səfər həm də iki xalqın dostluğunun və iki ölkə arasında 5 milyard dollar həcmində qarşılıqlı iqtisadi münasibətlərin təcəssümüdür. Ravvin yazır ki, keçən il sentyabr ayında Bakıda olub, orada UNESCO-nun dəstəyi ilə Simon Vizental Mərkəzinin “Xalq. Kitab. Torpaq. Yəhudi xalqının Müqəddəs Torpaqla əlaqəsinin 3500 illiyi” adlı sərgisinin təqdimatını keçirib.

Ravvin sonda qeyd edir ki, onilliklər boyu, hətta Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən əvvəl də multikulturalizmin geniş yayıldığı bu ölkəyə dəfələrlə səfər edib. A.Kuper yazır ki, sonuncu səfəri müddətində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlərin - Azərbaycanda çoxillik konfessiyalararası tolerantlıq və harmoniya ənənələrinin dəstəklənməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.


9 Dek 2023
Siyasət

Prezident Moldova və Rumıniyadakı səfirlərlə bağlı SƏRƏNCAMLAR imzaladı - FOTO

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Prezident: “Qarabağ erməniləri ilə bağlı atdığımız addımlar göstərdi ki, biz istəyirdik, onlar qalsınlar”

“Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri - red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi.