Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının rəhbəri, professor Rəhim Mədətov “Avropa Nəşr Mətbuat Evi”nin mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu ilə təltif olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata ölkəmizdə istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, radiasiya effektlərinin tədqiqi sahəsində apardığı uğurlu elmi araşdırmalarına, elmi-publisistik kitablarına, həmçinin gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə fizika-riyaziyyat elmlərinin inkişafı tarixində göstərdiyi xidmətlərə görə layiq görülüb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1509 vaksin vurulub.
Azərbaycanda son gündə 499 nəfər koronavirusa yoluxub.
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.