Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verib
25 2017 15:24

“Elektron hökumət” portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ünvanları - interaktiv xəritə” adlı daha bir elektron xidməti portala inteqrasiya olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu xidmətdən istifadə etməklə “Azərpoçt” MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.

“Google Map” üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan “Küçə adına görə” kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan pəncərədə poçt məntəqəsi ilə bağlı bütün məlumatlarla tanış olmaq mümkündür.

Digər 2 kateqoriya - “poçt indeksinə görə”, “telefon nömrəsinə görə” seçməklə də eyni formada axtarış etmək olar.

Xidmətin funksional imkanları genişdir. "Marşrutu göstər" düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.

Qeyd edək ki, ötən il Məlumat Hesablama Mərkəzi “iOS” və “Android” əməliyyat sistemində işləyən qurğular üçün "Poçt Ünvanları" adlı, eyni funksiyalı mobil tətbiq də istifadəyə verib.

"Poçt Ünvanları" mobil tətbiqini "App Store" və "Play Store"-da "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.