Rusiyanın Çelyabinsk vilayətində qripə yoluxma halı epidemiya şəklini alıb. Trend-in məlumatına görə, bu barədə regionun səhiyyə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xəstəxanalara mindən artıq xəstə yerləşdirilib. Onlardan 65 nəfərin vəziyyəti ağır qiymətləndirilir, hətta 3 nəfər süni tənəffüs aparatına qoşulub. Xəstələrin 549 nəfəri uşaqdır.
Xəstəxanaya yerləşdirilən xəstələrin 28 nəfərində 1А (Н1N1), 27 nəfərində isə А(H3N2) qripi virusu aşkar edilib.
Nepalda təxminən yarım saat fasilə ilə iki zəlzələ baş verib.
Nigerdəki hücumda ən azı 29 əsgər həlak olub.
Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.