Qazi: “Atam bizi atıb getdi” - VİDEO

Qazi: “Atam bizi atıb getdi” - VİDEO
22 2021 18:00


Qarabağ uğrunda gedən döyüşlərdə bir çox vətən oğlu canı, qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdi. Belə oğullardan biri də Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edən 19 yaşlı Rüstəm Qurbanovdur.

Baku TV xəbər verir ki, o, mina partlayışı nəticəsində ciddi xəsarət alıb. Bir ay danışa bilməyən, ayaqlarından yaralanan R.Qurbanov hazırda dövlətin yardımı sayəsində müalicə alır. 

R.Qurbanov 2 yaşı olarkən atası onları atıb, Rusiyaya gedib. O vaxtdan Rüstəm atasını görməyib, anasının himayəsi altında böyüyüb. Onun sözlərinə görə, hazırda ayaqları işləmir, kirayə yaşadığı ev isə balacadır. Evdə rahat hərəkət etmək üçün şərait yoxdur. O, köməksevər şəxslərdən yardım gözləyir.

Daha ətraflı Baku TV-nin xüsusi reportajını təqdim edirik:

4 Mar 2021
Hərbi

Ağdamda minaya düşən vəzifəli şəxsin son vəziyyəti

Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.

4 Mar 2021
Hərbi

Naxçıvanda tabor və divizion komandirləri döyüş hazırlıqlarını nümayiş etdirdilər - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

3 Mar 2021
Hərbi

Vətən müharibəsinin daha bir qəhrəmanı - FOTO

Vətən müharibəsində igidlik nümayiş etdirən oğullardan biri də baş leytenant Məhəmmədəli Tağılıdır.

3 Mar 2021
Hərbi

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - YENİLƏNİB + FOTO

Prokurorluq Ağdam rayonunda idarə rəisinin minaya düşməsi ilə bağlı məlumat yayıb.