Qazaxıstanın informasiya və kommunikasiya naziri Bakıya dəvət olunub

Qazaxıstanın informasiya və kommunikasiya naziri Bakıya dəvət olunub
03 2017 17:36

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı nazir vaxtilə Qazaxıstanın ölkəmizdəki səfirliyində diplomat qismində çalışdığı vaxtları yada salaraq indi Azərbaycanın Qazaxıstandakı səfirini qəbul etməkdən məmnunluğunu ifadə edib. Həmçinin Azərbaycanı yaxşı tanıdığını vurğulayaraq ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Görüş zamanı ölkələrimiz arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin dövlət idarəetməsində informasiya və kommunikasiya sahəsində innovasiyaların tətbiq edilməsi ilə bağlı ölkələrimizdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

“Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə uyğun olaraq, hər iki ölkədə əhalinin istifadəsinə verilən elektron hökumət portallarının əhəmiyyəti qeyd edilib. "Elektron hökumət”in əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, onların avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının faydalı olacağı vurğulanıb. Qazaxıstan və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmanın tətbiq edilməsi sahəsində regionda qabaqcıl ölkələrdən olması qeyd edilib və “ASAN xidmət” modeli ilə bağlı qarşı tərəfə məlumat verilib.

Həmçinin cari ildə “Bakı Formula 1”, İslam Həmrəyliyi Oyunları və “Astana Expo-2017” beynəlxalq sərgisinin hər iki ölkənin KİV-lərində təşviq edilməsi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub.

Sonda nazir hər il ölkəmizdə keçirilən “BakuTel” sərgisinə dəvət olunub


9 Dek 2023
Siyasət

Prezident Moldova və Rumıniyadakı səfirlərlə bağlı SƏRƏNCAMLAR imzaladı - FOTO

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

9 Dek 2023
Siyasət

Prezident: “Qarabağ erməniləri ilə bağlı atdığımız addımlar göstərdi ki, biz istəyirdik, onlar qalsınlar”

“Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri - red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. 

9 Dek 2023
Siyasət

Prezident: “Hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”

“Danışıqlar prosesinin təxminən üç ili ərzində Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir”.