Danimarka və İsveç alimlərinin tədqiqatlarının nəticələri göstərib ki, qan donoru olan insanların ömrü uzanır.
AZƏRTAC “kp.ru” saytına istinadla xəbər verir ki, Kopenhagen Universitetinin mütəxəssisləri və onların isveçrəli həmkarları Skandinaviya ölkələrinin donor məlumat bazasında irimiqyaslı tədqiqat aparıblar. Məlum olub ki, qanvermə pasiyentin sağlamlığına heç bir ziyan vurmur, əksinə, onun daxili orqanlarının işini tənzimləyir, “təzə” qanın əmələ gəlməsini təmin edir və orqanizmi tonusda saxlayır. Alimlər bu qənaətə gəliblər ki, fəal donorlar başqaları ilə müqayisədə xroniki xəstəliklərdən daha az əziyyət çəkirlər. Amma bunun səbəbini izah edə bilməyiblər. Bununla belə ehtimal ediblər ki, “işlənmiş” qanın yenisi ilə əvəzlənməsi orqanizmi cavanlaşdırır.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.